Vadjidən vida mesajı: Böyük bir macəra…

Vadjidən vida mesajı: Böyük bir macəra…

Fransanın “Sent-Etyen” klubuna keçən İbrahima Vadji “Qarabağ” klubunun azarkeşlərinə mesaj göndərib.

AzerTimes xəbər verir ki, Vadji İnstaqram hesabından klubdan ayrılması ilə bağlı paylaşım edib.

“Bütün ailəyə, klubda çalışanlara, əziz qardaşlarıma və bütün “Qarabağ” azarkeşlərinə salam. Bu bir vida mesajıdır. Təbii ki, bunu gözlənilməz səfərim səbəbindən sizinlə üzbəüz etmək imkanım olmadı. Amma bilin ki, özümlə çoxlu gözəl anları aparıram. Çox tez bitsə belə, bu, böyük bir macəra idi. Hər şey üçün təşəkkür edirəm”, – Vadji bildirib.

Qeyd edək ki, İbrahima Vadji artıq “Sent-Etyen”lə 3 illik müqavilə imzalayıb. Fransa klubu Vadji üçün “Qarabağ”a 1 milyon avrodan çox vəsait ödəyəcək.

Teqlər: