Azərbaycandan olan startaplar üçün Avropanın əsas
proqramı – V4-Azerbaijan Tech Bridge (#V4ATB) irəliləyir.
10 ən yaxşı Azərbaycan startapı 2023-cü ildə Baku Grande Finale
mərhələsində iştirak etmək üçün, Aİ-nın VC insayderləri qarşısında
çıxış etmək üçün mübarizə aparırlar, Növbəti Vışeqrad regional
texnopolisi – Budapeşt – yeni azərbaycanlı startap rəqibləri üçün
müraciətlər üçün son çağırışını edir.
Çərşənbə günü, mayın 25-də, Praqa onlayn Bootcamp-ı bitirən
Azərbaycanlı 10 ən yaxşı startap, Xəzərin ən yaxşı innovatorlarını
işıqlandırmaq məqsədi daşıyan bu pan-Avropa proqramının ikinci Demo
günündə öz biznes konsepsiyalarını və Azərbaycan ekosistem
potensialını təqdim edəcəklər. Proqram Azərbaycan, Polşa,
Slovakiya, Çexiya və Macarıstanın startap ekosistemləri arasında
daha güclü əlaqələri formalaşdırır. 25 May – Praqadakı Demo Günü –
əslində təkcə seçilmiş startaplar üçün deyil, Azərbaycan və Aİ-dən
olan yüksək texnologiyalı bizneslərin bütün insayderləri üçün əla
şəbəkələşmə imkanıdır. Hər kəs qeydiyyatdan keçdikdən sonra
DemoDay-da iştirak edə bilər – buradan.
“Biz inanırıq ki, Azərbaycanın dinamik inkişaf edən startap
ekosisteminin potensialı və istedadlı azərbaycanlı innovatorlar ilə
Çexiyada, eləcə də bütövlükdə Aİ-da uğurlu startapın necə
qurulacağına dair köklü bilgiləndirmə ilə birləşməsi ölkələrimiz
üçün təkan ola bilər, sürətlə qloballaşan iqtisadiyyatda” –
Startup Hub Poland-ın baş direktoru Maciej Sadowski bildirib.
Biofactants, New source of energy, CakCuk, DesTech, Keen
Mask, Fushka, Hirelamp, İZZİ, Studylet , Voicedocs – bu 10 layihə
Çexiyada innovativ biznesin aparılmasına dair məsləhətlər və
fəndlər üzrə, Praqada ətraflı təlim almışdılar. Beynəlxalq
ekspertlər – Venture Capital-ın toplanması, texnoloji unikallığın
əhəmiyyəti və ya satış təlimi kimi mövzular, təlim proqramımız
çərçivəsində yaxşılaşdırmaq istədiyimiz mövzuların bir neçə
nümunəsidir” – Startup Hub Poland-ın İcma Meneceri Sofia
Drobychevskaya bildirdi. “Startaplar Budapeşt fəslində 10 yeni
görkəmli liderləri gözləyir” – Drobychevskaya əlavə edib.
Növbəti bölüm: Budapeşt
Macarıstan startapların sürətləndirilməsi baxımından regionun ən
inkişaf etmiş ölkələrindən biridir. “Biz CEU iLab-da Azərbaycan
innovatorları üçün Macarıstanın yüksək texnoloji və investisiya
ekosisteminin qapılarını açmağa şadıq. Startapları sürətləndirən
geniş təcrübəmiz, mentorlarımızın təcrübəsi, təsisçi icmamızın və
investor əlaqələrimizin gücü və korporativ əlaqələr CEU iLab-ı
Azərbaycandan Macarıstana və Avstriyaya ordanda Aİ-nın qalan
hissəsinə biznesin genişləndirilməsinə başlamaq üçün mükəmməl yerə
çevirir” – Mərkəzi Avropa Universitetinin InnovationsLab
direktoru Andrea Kozma deyib.
“2000-ci ildə Vışeqrad əməkdaşlığının simvolik təsisatı kimi
insanlar arasında münasibətləri inkişaf etdirən Beynəlxalq Vışeqrad
Fondu vətəndaş cəmiyyəti nümayəndələrinə Mərkəzi Avropa, Şərq
Tərəfdaşlığı regionu və Qərbi Balkanlarda 6000-dən çox ümumi layihə
həyata keçirməyə imkan yaratmışdır, tələbələrimiz, alimlərimiz,
novatorlarımız, rəssamlarımız, eləcə də yerli hakimiyyət orqanları
arasında çevikliyi və əməkdaşlığı gücləndirməyə dair. Regionda gənc
sahibkarlar və ekspertlər arasında innovasiyaların və əlaqələrin
təkmilləşdirilməsi Macarıstanın hazırkı Sədrliyinin proqramına da
daxil edilmiş ənənəvi V4 Qrupu üçün prioritetdir. Biz V4-Azerbaijan
Tech Bridge-in (#V4ATB) bütün iştirakçılarını ürəkdən
salamlayırıq” – Macarıstanın Azərbaycandakı Səfiri Viktor
Szederkenyi bildirdi.
“Startaplar iqtisadiyyatlarımızın gələcəyinin əsasını təşkil
edir. IdealHub müxtəlif sosial mənşəli bir çox insan üçün həyatı
dəyişdirəcək və imkanlar yaradacaq bir vizyona malikdir. Bu,
uzunmüddətli bir oyundur, lakin bizdə lazım olan hər şey var: bir
necə çox perspektivli startaplar, yaxşı komanda, çox etibarlı
dostlar və bizim fikirlərimizi və istəklərimizi bölüşən
tərəfdaşlar. Hələlik startapları uzun bir yol gözləyir.Lakin çox
yaxında, 2023-cü ildə Baku Grand Finale sammitində qalibləri təbrik
etməkdən məmnunluq və şərəf duyacağıq” – İdealHub İnnovasiya
və Texnologiya Mərkəzinin təsisçisi və yaradıcısı Tural Kərimli
vurğulayıb.
“Biz bu qapıları mayın 23-nə qədər açıq saxlayırıq, ona görə
də kimsə bu fürsəti bilməli və bizə müraciət etməli olan iddialı
startap təsisçisini tanıyırsa, bütün məlumat startuphub.pl/V4-azerbaijan/
saytında mövcuddur” – Drobychevskaya yekunlaşdırıb.
Proqram haqqında: startuphub.pl/V4-azerbaijan/
Vacib linklər:
Startaplar üçün Budapeşt çağırışı üçün qeydiyyat forması (Son
tarix 23 May) bu linklə.
Praqada Demo Gününə (25 may Praqa vaxtı ilə saat 12.00, Bakı
vaxtı ilə saat 14.00) Azərbaycandan olan venture capital-lar və
korporasiyalı qonaqlar üçün qeydiyyat forması bu
linklə.
İcma tərəfdaşları kimi proqrama qoşulmaq istəyən QHT-lər, vençur
kapitalı fondları, startap sürətləndiriciləri, inkubatorlar və
universitetlər
bu link altında #V4ATB təşkilatçısı olan
Startup Hub Poland ilə əlaqə saxlaya bilərlər
link.
Layihə Çexiya, Macarıstan, Polşa və Slovakiya hökumətləri
tərəfindən Beynəlxalq Vışeqrad Fondunun Vışeqrad Qrantları
vasitəsilə birgə maliyyələşdirilir. Fondun missiyası Mərkəzi
Avropada davamlı regional əməkdaşlıq üçün ideyaları irəli
sürməkdir.