Uzunoba kəndində səyyar qəbul keçirilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti
səyyar qəbulunu keçirib. Yerli hüquq mühafizə orqanlarının, təhsil,
səhiyyə, mədəniyyət və digər təşkilat rəhbərlərinin qatıldığı
səyyar qəbul Uzunoba kəndində baş tutub.

Qəbulda Uzunoba İnzibati Ərazi Dairəsinə daxil olan Baraxum,
Xəzərli,Şıxlı, Məçidoba,Şərifoba,Tikanoba və Yataqoba kəndlərinin
sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir
dəqiqəlik sükutla yad edib.

Daha sonra sakinlərin fərdi qaydada müraciət və təklifləri
dinlənilib. Vətəndaşlar kəndlərarası yolun təmiri, elektrik
təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, içməli və
suvarma suyuna olan ehtiyacın ödənilməsi, rabitə, internet və digər
sosial məsələlərlə bağlı müraciətlərini səsləndiriblər
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Teqlər: