Üzgüçülük idman növü üzrə Azərbaycan açıq qış çempionatı başa çatıb (FOTO)

Dünən Su İdman Sarayında təşkil olunan Üzgüçülük idman növü üzrə
Azərbaycan açıq qış çempionatı başa çatıb.

Beynəlxalq Üzgüçülük Federasiyasının, Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüşülük Federasıyasının
Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən
birincilikdə Azərbaycanın 15 müxtəlif klub və idman
cəmiyyətlərindən 3-cu idman dərəcəsi olan 140-a yaxın idmançı öz
güclərini sınayıblar.

Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst
üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və
batterfley üsullarda mübarizə aparıblar. Azərbaycan Üzgüçülük
Federasiyası, Su İdman Sarayı, 1st Fitness, ÜGİM Xətai, Azərbaycan
Avropa Məktəbi, Paraolimpiya Komitəsi, Azərbaycan Üzgüçülük Klubu,
AURA sağlamlıq Mərkəzi, FHN idman klubu, Kristal üzgüçülük klubu,
Sərhədçi İdman Olimpia Kompleksi, Şua sağlamlıq mərkəzi, ÜGİM
Sumqayıt, Respublika UGİM-dən yarışa qatılan idmanşılardan başqa
yarışın nizamnəməsinə uyğun olaraq İran İslam Respublikasının klub
üzgüçüləri də iştirak edibər. 3 gün keçirilən Azərbaycan açıq qış
çempionatda Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Rəşad
Alquliyev, Vəli İsrafilov, Fatimə Alkərəmova, Əbdürrəhman Rüstəmov,
Ayan Kələntərova və Nihad Yusibov kürsünün ən yüksək pillələrində
yer alıblar. Sumqayıt ÜGİM-ın yetirməsi olan N.Yusibov idman ustası
normativini yerinə yetirib.

Yarışın sonunda qaliblər Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyi tərəfindən müvafiq diplom və xatirə hədiyyələri ilə
təltif olunublar.

Teqlər: