Çinin şimal-qərbində Sincan-Uyğur Muxtar Bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.
Zəlzələ UTC vaxtı ilə saat 18.09-da Tumşuk şəhər rayonundan 139 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 8 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.