HƏMAS bir gündə İsrailin 15 texnikasını məhv etdi

HƏMAS bir gündə İsrailin 15 texnikasını məhv etdi

HƏMAS hərəkatının hərbi qanadı “Qəssam Briqadaları” son 24 saat ərzində Qəzza zolağında İsrailin 15 hərbi texnikasını məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə briqadanın məlumatında deyilir.

“Son 24 saat ərzində Qəssam döyüşçüləri Şati düşərgəsinin ətrafında və Beyt Hanunda 15 hərbi maşını tamamilə və ya qismən məhv edə bilib, həmçinin onlarla minaatan mərmisi ilə işğalçı qüvvələri məhv edib”, – deyə bildirilib.

Teqlər: