ÜST yeni ölümcül virusun yaranacağını proqnozlaşdırır

Xəbər - Orxan Nəbiyev – Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus dünyada yeni ölümcül virusun yarana biləcəyini proqnozlaşdırıb.

Trend-in məlumatına görə, bunu ÜST rəhbəri 74-cü Ümumdünya Səhiyyə Assambleyasının iclasında deyib.

O bildirib ki, dünya sonuncu dəfə pandemiya təhlükəsi ilə üzləşmir: “Təkamül qiymətləndirmələrinə əsasən, yeni virus əmələ gələcək və indikindən daha yoluxucu və daha ölümcül olacaq”.

T.A.Gebreyesus bildirib ki, pandemiya dövründə dünyada 115 mindən çox səhiyyə işçisi vəfat edib.

ÜST rəhbəri koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi üçün sentyabradək dünya əhalisinin 15 faizini, ilin sonunadək 30 faizi peyvəndləməyə çağırıb.