Dünya COVID-19 pandemiyasından sonra baş verə biləcək yeni bir
pandemiyaya hazır deyil.
AzerTimes-ın məlumatına görə, bunu Münhen Təhlükəsizlik Konfransında
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom
Qebreyesus deyib.
Forumda çıxış edən ÜST rəhbərindən yeni pandemiyanın qarşısının
alınmasının mümkün olub-olmadığı soruşulub. Suala cavab verən
T.Qebreyesus bildirib ki, hər şey seçimimizdən və nə qədər hazır
olduğumuzdan asılıdır. “Biz uzun müddətdir deyirdik ki, dünya hazır
deyil və anidən pandemiya bşaladı. Mən hələ də dünyanın hazır
olmadığını görmürəm və bu məni narahat edir”, – deyə ÜST-nin baş
direktoru bildirib.
T.Qebreyesus pandemiyala hazırlığa adekvat investisiya
yatırımının olmamasına diqqət yetirib: “Bu vəziyyətdə pandemiyaya
hazır olmaq mümkündürmü? Düşünmürəm”.