Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
müvafiq tədbirlərlə iki nəfər aktiv koronavirus xəstəsi ictimai
yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, şəhər sakini Lalə Məmmədovanın COVID-19
testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə
təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Buna
baxmayaraq həmin şəxs ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və
yaşadığı ünvana geri qaytarılıb.

Daha bir aktiv koronavirus xəstəsi Yazgül Allahverdiyevanın da
özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən
olunub. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə
qurumları məlumatlandırılıb.

Hər iki şəxs barəsində araşdırma aparılır.

Teqlər: