ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu mümkün sayır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus G7 zirvəsində “COVID-19” virusunun laboratoriyadan sızması versiyasını istisna etmədiyini və Çinin virusun mənbəyini araşdırmağa kömək etməsini lazım olduğunu bildirib.

AzerTimes-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə “Daily Mail” xəbər verir.

“Düşünürəm ki insanlar virusun haradan gəldiyini öyrənməlidirlər, buna layiqdirlər. Bu, gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün lazımdır”, – deyə nəşr ÜST-nin baş direktorundan sitat gətirib.


Onun sözlərinə görə, koronavirusun mənşəyi ilə bağlı istintaqın başlanğıcında Çin tərəfindən kifayət qədər “şəffaflıq və əməkdaşlıq” göstərilməyib.

Teqlər: