ÜST rəhbəri “delta” və “omikron” ştammlarının yeni xəstəlik dalğasına səbəb ola biləcəyini deyib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus “omikron” ştammının və “delta” ştammının dünyada yeni xəstəlik dalğasına səbəb ola biləcəyini deyib.

AzerTimes-ın məlumatına görə, bu barədə ÜST rəhbəri brifinq zamanı bildirib.

O qeyd edib: “Bu, bütün dünyada səhiyyə sistemlərinə təzyiqi əhəmiyyətli dərəcədə artıra biləcək hadisələrin “sunamisi”nə səbəb ola bilər”.

T.A.Qebreyesus “omikron” ştammının güclü yoluxuculuq qabiliyyətinə diqqət çəkib.

Teqlər: