Livanın şimalında neft kəməri yanıb

Livanın şimalında yerləşən Akkar rayonunda neft boru kəmərində yanğın baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Livanın “Al Jadeed” televiziya kanalı bildirib.

Bildirilib ki, yanğın yaşayış binalarının yaxınlığında baş verib. Yerli sakinlər kömək üçün xilasedicilərə müraciət ediblər.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Teqlər: