Koronavirusun gələcək variantları omikrondan daha yoluxucu ola bilər.
Trend xəbər verir ki, bunu bazar günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bildirib.
“Bu virus nə qədər çox yayılırsa, onun dəyişmək imkanları daha da çoxalır. “Omicron” müzakirə edəcəyimiz son ştamm olmayacaq və gələcəkdə narahatlıq doğuran variantların çox real ehtimalı var”, – deyə Kerkhove bildirib.
O əlavə edib ki, koronavirusun yeni ştammlarının xassələri hazırda məlum deyil, lakin onlar şübhəsiz ki, daha yoluxucu olacaqlar, çünki onlar hazırda dövriyyədə olan variantları üstələməlidir.