Ağstafada yol qəzası nəticəsində “BMW” yanıb

Ağstafada yol qəzası nəticəsində “BMW” yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonunun Poylu kəndində “ВАЗ” və “BMW” markalı iki minik avtomobili toqquşub.

Nəticədə “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: