ÜST “meymun çiçəyi”nə yoluxanların sayını açıqlayıb

Bu günədək “meymun çiçəyi” infeksiyasına 80 nəfərin yoluxması
təsdiq olunub, daha 50 yoluxma şübhəsi araşdırılır.

Trend-in
məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) öz “Twitter” səhifəsində yazıb.

Qeyd olunur ki, infeksiya 11 ölkədə qeydə alınıb.

“ÜST və tərəfdaşları yayılma dərəcəsi və yoluxmanın ortaya
çıxması səbəblərini öyrənmək üçün işlər aparır. Bu günədək 11
ölkədə 80 yoluxma qeydə alınıb, daha 50 fakt araşdırılır”, –
təşkilat bildirib.