ÜST KXDR-ə COVID-19-a qarşı dərmanları göndərməyə başlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin Dalyan Limanı vasitəsilə Şimali Koreyaya COVID-19 əleyhinə dərmanları göndərməyə başladığını deyib.

AzerTimes-ın məlumatına görə, bu barədə Renhap agentliyi xəbər verib.

Hesabatda sentyabrın 20-dan 26-dək olan məlumatların təqdim edildiyini nəzərə alaraq, agentlik göndərişin ötən ayın sonunda başladığı qənaətinə gəlib. Eyni zamanda, KXDR -ə hansı tibbi yardımın göndəriləcəyi dəqiqləşdirilməyib.