ÜST koronavirusa qarşı onuncu vaksini tövsiyə edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın “Novavax” şirkətinin istehsal etdiyi “Nuvaxovid” koronavirus vaksinini təcili istifadə üçün tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə ÜST-ün bu gün yayımladığı bəyanatda deyilir.

“Nuvaxovid” ÜST-ün təsdiq etdiyi onuncu koronavirus vaksini olub.


Qeyd edək ki, ötən gün Avropa Dərman Vasitələri Agentliyi də “Novavax”ın vaksinini təsdiq etmişdi.