AzTV – “TRT Avaz” əməkdaşlığı, Birgə Media Platformasında fəaliyyət – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Xəbər - trend:

Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılıb.

Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması həyata keçiriləcək.

AzTV – “TRT Avaz”ın Birgə Media Platformasında fəaliyyəti, televiziyalar arasında əməkdaşlıq, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması iki dövlət arasında daha sıx əlaqələrin yaranmasına və inkişaf etməsinə xidmət göstərəcək.


AzerTimes-ın məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “AzTV – “TRT Avaz” əməkdaşlığı, Birgə Media Platformasında fəaliyyət” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – “TRT Avaz”ın rəhbəri Sedat Sağırkaya, “TRT Avaz”ın şöbə müdiri Gökçe Oğan və siyasi şərhçi Telman Nüsrətoğlu mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: