ÜST: Dünyada ötən sutka koronavirusa 432 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 432 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 432 332 nəfər yeni koronavirusa yoluxub, 11 752 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 105 394 301, ölənlərin isə 2 302 302 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.