ÜST: Dünyada ötən sutka koronavirusa 376 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 376 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 376 569 nəfər yeni koronavirusa yoluxub, 9 664 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 105 805 951, ölənlərin isə 2 312 278 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.