ÜST: Dünyada ötən sutka koronavirusa 355 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 355 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 355 041 nəfər yeni koronavirusa yoluxub, 10 422 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 104 370 550, ölənlərin isə 2 271 180 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.