ÜST: Dünyada ötən sutka koronavirusa 334 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 334 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 334 648 nəfər yeni koronavirusa yoluxub, 10 702 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 106 555 206, ölənlərin isə 2 333 446 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.