ÜST Avropanı yeni COVID-19 yoluxma dalğasından qorumağın yollarını açıqlayıb

Avropa ölkələrinin koronavirusun yayılmasını nəzarət altına almaq şansı var.

Trend xəbər verir ki, bunu ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Kluge bəyan edib.

O, vurğulayıb ki, buna peyvənd, qış epidemiyasından sonra başlanacaq əlverişli mövsümi fasilə və “Omicron” ştammının daha az təhlükəli təbiəti sayəsində nail olmaq olar.

“Bundan sonra Avropada uzun müddət stabillik ola bilər və insanlar daha təhlükəli bir ştamm yaransa belə, yeni koronavirus epidemiyalarından daha yaxşı qorunacaqlar. Bu sanki “atəşkəs” dövrüdür. Lakin o, “sülh” gətirə bilər”, – deyı KLuge bildirib.

Rəsmi insanları koronavirusa qarşı peyvənd və təkrar peyvənd etməyə çağırıb: “Bundan əlavə, biz əhalinin ən həssas təbəqələrinin koronavirusdan qorunmasına diqqət yetirməliyik”, – o əlavə edib.