Uşaqlarda leykozun ilkin əlamətləri açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

Leykoz sümük iliyinin xəstəliyidir. Bu zaman sümük iliyində
blast transformasiyası olur, trombositlərin və eritrositlərin sayı
düşür, leykositlərin sayı kəskin artır.

Trend-in məlumatına görə, bunu Səhiyyə
Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının
şöbə müdiri Reyman İsmayılzadə deyib.

O qeyd edib ki, onların 80 faizi limfoblast leykoz, 15-20 faizi
isə mioblast leykozdur. Leykoz zamanı dəri solğunluğu, qanaxmaya
meyillilik, dəridə petexiyalar, göyərmələr, damaqlardan, burundan
səbəbsiz qanaxma, iki həftədən çox davam edən səbəbsiz yüksək
hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq
və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, axsama,
limfoadenopatiya, nevroloji simptomlar, hepatosplenomeqaliya və s.
müşahidə olunur.


“Bu zaman qanın ümumi analizi və sümük iliyinin punksiyasının
təhlilindən sonra dəqiq diaqnoz qoymaq mümkündür. Leykoz sağalan
xəstəlikdir. Limfoblast leykozu 80-90 faiz halda müalicə etmək
olar. Mərkəzi sinir sistemi şişlərindən olan beyin şişləri baş
ağrıları, başgicəllənmə, səndələmə, səbəbsiz qusma, ikigörmə
simptomları ilə xarakterizə olunur. Uşaqlarda beyin sümükləri
möhkəmlənmədiyindən törəmələr böyüsə də əvvəlcə simptomsuz keçir.
Yalnız kəllədaxili təzyiq yuxarı olduqdan sonra əlamətlər özünü
büruzə verir”, – deyə o bildirib.

Teqlər: