Uşaqlarda autizmin ən çox rast gəlinən əlamətləri açıqlandı

Xəbər - Humay Ağacanova – Trend:

Autizm spektr pozuntuları üçün ümumi xarakter daşıyan əlamətlər:
məhdud maraqlar və davranış, təkrarlanmalar, nitqdə gerilik,
hiperaktivlik, əhval-ruhiyyənin qeyri stabilliyi və s.


Trend
-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti Gülnarə Musabəyova deyib.

Onun sözlərinə görə, valideyinlər uşaq doğulduğu andan 3 yaşına
qədər ana qucağında olmaq istəməməsi, anası və digər yaxın adamlar
ilə əlaqə yaratmaması, ətrafda baş verən hadisələrə marağının
olmaması, ailə üzvlərindən birinə güclü bağlılığına diqqət
yetirilməlidi.


“3 yaşdan yuxarı isə digər insanların emosiyalarını çətin
anlamaları, dostluq münasibətləri bağlaya bilməməsi, öz təşəbbüsü
ilə əlaqə yaratmaması, komanda oyunlarında iştirak edə bilməməsi,
ətrafdakılara qarşı tənhalıq nümayişi valideynləri narahat
etməlidir”, – deyə o bildirib.

Teqlər: