Dələduzluğa görə axtarışa verilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya edildi

Xəbər - Samir Əli – Trend:

Ukraynada saxlanılan şəxs Azərbaycana ekstradisiya edilib.

Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat xidmətindənh məlumat
verilib.

Məlumatda bildirilir ki, Baş Prokurorluğunun Beynəlxalq hüquqi
əməkdaşlıq idarəsinin vəsatəti əsasında Ukrayna Baş Prokurorunun
Ofisi tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım
və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli
Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Adil
Orucovun ekstradisiyası haqqında qərar qəbul edilib.

Ağstafa rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə
Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf
etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək cinayət təqibi orqanından gizləndiyinə görə
barəsində beynəlxalq axtarış elan edilib.

Adil Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin
yanvar ayında barəsində həbs qətimkan tədbiri seçilmiş, fevralin
24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun
müşayiəti ilə Azərbaycana gətirilib.

Teqlər: