Uşaqlarda aşkarlanan rotavirus nədir?

Azərbaycanda yayılan rotavirus əsasən beş yaşına qədər uşaqlar
arasında yayılır.

Bunu Trend
açıqlamasında infeksionist Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, bu xəstəlik qış və yaz aylarında özünü
büruzə verir.

“Xəstəliyin əsas əlamətləri ürəkbulanma, qusma, ishal və
qızdırmadır. Bu xəstəliyə uşaqlar əsasən bağçalarda yoluxur.
Xəstəliyə yoluxma çirkli əllərlə toxunuş zamanı baş verir.
Rotavirus mövsümi xəstəlikdir. Virusa qarşı istifadə edilə biləcək
antibiotik və ya antiviral müalicə yoxdur. Bu xəstəlik bir həftə
ərzində sağalır. Xəstəlik iki yaşına qədər uşaqlarda daha kəskin
özünü göstərir, belə ki, orqanizmdə hipovolemik şok verən ağır
susuzluq yaradır. Qızdırma əsasən iki gün olur. Uşaqlarda hər
yoluxmadan sonra orqanizmdə rotaviruslara qarşı immunitet
yarandığına görə, növbəti yoluxmalarda xəstəlik əvvəlkilərə
nisbətən daha yüngül keçir”, – deyə infeksionist bildirib.

Teqlər: