USAID Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak edəcək (FOTO)

Xəbər - Fidan Babayeva – Trend:

USAID Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak edəcək.

AzerTimes-ın məlumatına görə, buni USAID-in Azərbaycandakı missiyasının direktoru Cey Sinqh qadın sahibkarlığına dəstək məsələlərinə həsr olunmuş görüş zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan qadın sahibkarlığının inkişafı üçün nəhəng potensiala malikdir.

Missiya rəhbəri bildirib ki, USAID qadın sahibkarların potensialının inkişafı üçün mühit yaradır və buna dəstək göstərir:

“1991-ci ildən etibarən USAID-in səyləri və investisiyaları adın sahibkarlığının inkişafına və dəstəklənməsinə yönəlib”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: