Uşağın autizmli doğulma riskləri hansılardır?

Xəbər - Humay Ağacanova – Trend:

Autizmin risk faktorlarına valideynlərin yaşı, ananın psixi və
fiziki sağlamlığı, ekoloji faktorlar, qida və digər amillər aid
edilir.


Trend
-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti Gülnarə Musabəyova deyib.

O qeyd edib ki, burada irsilik faktorunun da böyük əhəmiyyəti
var. Nəsildə autizm spektr pozuntularından (ASP) əziyyət çəkən
insanlar olduqda uşaqda da bunun olacağı istisna deyil.

“Yaranma səbəbi elmə məlum olmayan ASP qızlara nisbətən
oğlanlarda dörd dəfə çox rast gəlinir. Ümumiyyətlə, son 20-30 il
ərzində ASP olan uşaqlarının sayının kəskin şəkildə artmasına şahid
oluruq. Statistik məlumatlara görə, dünya ölkələrində 160 uşaqdan
biri ASP-dan əziyyət çəkir.

Qeyd edim ki, illər öncə uşaqlarda autizmin yaranmasını onlara
vurulan peyvəndlərlə əlaqələndirirdilərsə, aparılan tədqiqatlar bu
fərziyyələri təkzib edib”, -deyə o əlavə edib

Teqlər: