Urmu gölünün qurudulmasına etiraz olaraq bildirişlər yayıldı

Urmu gölünün qurudulmasına etiraz olaraq bildirişlər yayıldı

Güneyli milli-mədəni fəallar Urmu gölünün qurudulmasına etiraz olaraq bildirişlər yayıblar.

AzerTimes xəbər verir ki, azərbaycanlı milli fəallar şəhərin bütün bölgələrində minlərlə traktat yaymaqla bir daha Urmu gölünün acınacaqlı və böhranlı vəziyyətinə diqqət çəkmək istəyiblər.

“Biz Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər İran hökuməti Azərbaycanın nadir təbiət incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, biz Urmu gölünün məhv edilməsini kənardan seyr etməklə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik. Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdıracağıq”, – bildirişdə qeyd olunub.

Ekspertlərin bildirdiyinə görə, ciddi və düzgün tədbirlər görülməsə, göl tamamilə xəritədən silinəcək.

Teqlər: