Ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi işləri davam edəcək – ƏƏSMN

Digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosial yardımının
məbləğində də artım dinamikası davam edir. Son 4 ildə sosial
yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,5 dəfə artaraq 380
manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) AzerTimes-a verilən məlumata görə, bu barədə
ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi
məsələlərinə dair nazirlikdə keçirilən iclasda bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda
176 minə yaxın ailə üzvü olan 40 min ailəni ailəni əhatə edən
ünvanlı sosial yardım proqramının aztəminatlı ailənin sosial
rifahının dəstəklənməsində əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, ünvanlı yardımın hesablanması üçün tətbiq olunan
ehtiyac meyarının hər il artırılması təmin edilir. Bu il üçün də
ehtiyac meyarı artırılaraq 200 manata çatdırılıb. Ehtiyac meyarı
artdıqca yardımın məbləğinin də artması baş verir.


Eyni zamanda, son illərdə aparılan islahatlar ünvanlı dövlət
sosial yardımı sistemini də əhatə edib. Ünvanlı yardımın təyinatı
şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin sosial yardım
proqramına əlçatanlığının artırılması istiqamətində mühüm addımlar
atılıb. Sosial yardım sisteminin təkmilləşdirilməsi işləri
qarşıdakı dövrdə də davam edəcək.

İclasda ünvanlı sosial yardım proqramının icra vəziyyəti və
sosial yardım sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə
olunub.

Teqlər: