“United Airlines” aviaşirkəti 1,9 milyon dollar cərimələnib

ABŞ Nəqliyyat Nazirliyi “United Airlines” aviaşirkətini təyyarələrinin uzun müddət uçuş sahəsində qalmasına görə 1,9 milyon dollar cərimələyib.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “ABŞ Nəqliyyat Nazirliyi bu gün təyyarələrin uzun müddət uçuş sahəsində qalmasını qadağan edən federal qanun və qaydaları pozduğuna görə “United Airlines” aviaşirkətini 1,9 milyon dollar cərimələyib”.


Qeyd edilir ki, federal qanuna əsasən, göyərtəsində 30 və ya daha çox sərnişin olan və daxili uçuş həyata keçirən təyyarələr sərnişinlərə təyyərədən çıxmaq imkanı vermədən uçuş sahəsində 3 saatdan, beynəlxalq uçuşlar həyata keçirən təyyarələr isə 4 saatdan çox qala bilməzlər.