Unibankın ilk Rəqəmsal filialı fəaliyyətə başlayıb

Unibank məhsul və xidmətlərin rəqəmsallaşması yolunda daha bir
addım atıb. Bank bütün xidmət və məhsullarını tamamilə rəqəmsal
formada təqdim edən ilk rəqəmsal filialını müştərilərin ixtiyarına
verib. “Azadlıq Prospekti” metrostansiyasının çıxışında, hər kəs
üçün əlçatan filialda kredit rəsmiləşdirmək, debet kart əldə etmək
və depozit hesabı açmaq mümkündür. Bütün bu proseslər isə nağdsız
formada, kassa xidməti olmadan həyata keçiriləcək. Müştərilərə
dərhal yerindəcə debet kart təqdim olunacaq, kredit kart balansında
rəsmiləşdiriləcək, sürətli depozit hesabı açılacaq.

“Rəqəmsal filial” “Unibank”ın ənənəvi filiallarından konseptinə
və görünüşünə görə də fərqlənir. Tamamilə rəqəmsal konseptdə
qurulan filial, müştərilərin rahatlığına uyğunlaşdırılıb. Rahat və
səmimi xidmət forması, müştəri məmnuniyyətini daha da yüksəltməyə
xidmət edir.

Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün
bütün zəruri şəraitə və imkanlara malikdir.Yeni konseptə uyğun
olaraq, filialın qarşısında 24/7 müştərilərin xidmətində olan ATM
və ödəmə terminalları quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən
avadanlıqlar müştərilərə isti və soyuq havalarda mədaxil-məxaric
əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır

Əgər növbədə gözləmədən, həm də çox rahat, səmimi bir ünvanda
bank məhsul və xidmətlərindən istifadə etmək istəyirsinizsə,
Unibankın yeni “Rəqəmsal filial”ı sizin xidmətinizdədir!

Unibank gələcəkdə yeni filialların açılması zamanı da rəqəmsal
konseptə üstünlük verəcək. Bank hazırda paytaxt və bölgələri əhatə
edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın
məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı (012) 117 nömrəli
telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook,
twitter və instagram səhifələrindən (www.facebook.com/unibank.az,
https://twitter.com/unibank,
https://www.instagram.com/unibank.az/)
əldə etmək olar.

Unibank-Sənin Bankın!

Teqlər: