Prezident İlham Əliyev Serbiyanın yeni seçilən prezidentini təbrik edib

Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti
Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

AzerTimes xəbər verir ki,
məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir.
İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq
münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın
və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə
səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı
naminə ali fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Teqlər: