Unibank biznes sahiblərinə Təminatsız Qarantiya verir

Biznesdə ən vacib məqamlardan biri sənə hər zaman qarantiya verən uğurlu maliyyə tərəfdaşının seçilməsidir. Əgər hər zaman yanında olan bir maliyyə tərəfdaşın varsa, istədiyin biznes qərarını da rahatlıqla verə, istədiyin layihədə iştirak edə bilərsən. “Unibank”ın biznez müştərisi istənilən anda onun qərarlarını dəstəkləyən, qarantiya rolunda çıxış edən bir maliyyə tərəfdaşına malik olduğunu bilir.

Unibank, maliyyə vəsaiti lazım olan istənilən addımda biznes sahibinin yanında olduğunu göstərən daha bir məhsulunu – “Təminatsız Qarantiya”nı təqdim edib. Məhsul bankın həm cari müştəriləri, həm də Unibank müştərisi olmaq istəyən sahibkarlar üçündür. Təminatsız Qarantiya məhsulu alqı-satqı proseslərində, tenderlərdə iştirak zamanı Bankın maliyyə məsələlərində biznes sahibinə qarantiya durduğunu göstərən məktubun verilməsini nəzərdə tutur. Təminatsız Qarantiya biznes sahibinin aylıq dövriyyəsinə əsasən rəsmiləşdirilir və sahibkardan heç bir girov təminatı alınmadan verilir. Bank məhsul satan və yaxud tender keçirən tərəfə Qarantiya məktubu verməklə, biznes müştərisinin ödənişlərinə təminat verir. Nəticədə isə müştəri istədiyi layihədə iştirak edə, mal ala və ya digər öhdəliklərini çox rahatlıqla və vaxtında edə bilir.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.


Unibank-Sənin Bankın!

Teqlər: