Rusiyada ötən gün koronavirusdan 800-ə yaxın şəxs ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Ötən gün ölkə ərazisində pandemiyanın əvvəlindən ən yüksək göstərici qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 25 704 nəfər koronavirusa yoluxub.

Bu günədək koronavirusa yoluxanların sayı 5,9 milyon nəfəri ötüb.

Eyni zamanda, ötən gün Rusiyada 799 nəfər koronavirusdan ölüb.

Ölkədə koronavirusdan ölənlərin sayı 146 868 nəfərə çatıb.