Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq
Agentliyi ilə memorandumun imzalanması məqsədilə tədbir
keçirilib.
Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, Dövlət Məşğulluq
Agentliyinin İdarə Heyətinin Sədri Mustafa Abbasbəyli,
universitetin struktur rəhbərləri, agentliyin nümayəndələri və
tələbələr iştirak ediblər.
Rektor Ədalət Muradov universitetlərin peşəkar təhsil sahəsində
artıq öz monopoliyasını itirdiklərini, diplomlara isə getdikcə
tələbin azaldığını, onların bilik, vərdiş və bacarıq göstəricisi
kimi tədricən dəyərdən düşdüyünü, universitet modelinin tamamilə
yenidən qurulmalı olduğunu diqqətə çatdırıb. Digər çox ciddi
problemin isə rəqəmsallaşma dövründə nüfuzlu texnoloji şirkətlərin
mövcud universitetlərin rəqabətqabiliyyətli rəqiblərinə çevrilməsi
olduğunu vurğulayıb.
Məzunların işlə təmin olunmasının universitetin əsas
hədəflərindən biri olduğunu deyən rektor, məzunların keyfiyyətinə
görə UNEC-in məsuliyyəti öz üzərində saxladığını bildirib: “İşə
götürmək üçün işəgötürənin keçirdiyi müsahibədə UNEC tələbəsinin
aşkarlanmış zəif bilik və bacarıqları o, universiteti bitirənə
qədər UNEC tərəfindən aradan qaldırılır. Bunun üçün müsahibə
keçirən işəgötürənin bu haqda məlumat verməsi yetərlidir”. Rektor
Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın hər iki tərəf üçün
faydalı olacağından əminliyini ifadə edib.
Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa
Abbasbəyli əmək bazarının mahiyyətindən və əmək bazarında işçi
qüvvəsinə olan tələblərdən bəhs edib. Məşğulluğun təmin olunmasında
ən dayanıqlı alətin təhsil olduğunu deyən M.Abbasbəyli ixtisasla
yanaşı, peşə bacarıqlarına yiyələnməyin vacibliyini diqqətə
çatdırıb. O, Agentliyin qarşısında duran vəzifələrdən birinin məhz
təhsil müəssisələri ilə düzgün əməkdaşlığın formalaşdırılmalı
olduğunu deyib. UNEC məzunlarının öz bilik və bacarıqları ilə əmək
bazarında layiqli yer tutduqlarını diqqətə çatdıran sədr,
qarşılıqlı əməkdaşlığın məzunların məşğulluğunun təmin olunmasına
yeni töhfələr verəcəyini vurğulayıb.
Sonra hər iki tərəf arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər arasında “UNEC Məzunlarının
Məşğulluğu” layihəsinin həyata keçirilməsi, tələbə və məzunların
məşğulluq sahəsində maarifləndirilməsi, məşğulluq sahəsində yeni
ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin
təşkili, tələbələrin təcrübə proqramlarına cəlb olunması və digər
sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.ırılması,
müsabiqələrin və birgə layihələrin təşkili, tələbələrin təcrübə
proqramlarına cəlb olunması və digər sahələrdə əməkdaşlıq edilməsi
nəzərdə tutulub.