Dünya Yaş Qrupları Yarışlarında iştirak etmək bizə gələcək üçün stimul və böyük təcrübədir – Kanadalı idmançılar

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları
Yarışlarında iştirak etmək, bu cür yarış üçün Bakıya gəlmək bizə
gələcək üçün stimul və böyük təcrübədir.

Bunu Trend
yarışların iştirakçıları, kanadalı gimnastlar Kristian Dayana və
Emerson Vonq deyib.

“Bu gün biz ikinci çalışmamızı uğurla nümayiş etdirdik. Nəticə
bizi sevindirdi. Yarışlar çox maraqlı keçir. Arenada gözəl şərait
yaradılıb. Burada bir çox ölkələrdən idmançılar var. Təəssüf ki,
digər komandlarla ünsiyyət üçün çox vaxtımız olmayıb. Komandamızda
xoş mühit hökm sürür, hamı yaxşı nəticələrə köklənib, biz
bir-birimizi dəstəkləyirik”, – deyə gimnastlar bildirib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.


Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: