UNEC dünyanın ən yaxşı 708-ci universitetidir!

SCimago (Scimago Institutions Rankings) reytinq agentliyi
2022-ci il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb.

Reytinq 4362 ali təhsil müəssisəsinin məlumatları əsasında
hazırlanıb. İlk 5 yeri Harvard Universiteti, Harvard Medical
School, Tsinghua Universiteti, Stanford Universiteti, Çin Elmlər
Akademiyası tutur.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu reytinqdə
dünya universitetləri sırasında 708-ci, Azərbaycanda isə 1-ci yerdə
qərarlaşıb. Reytinqin hesablanması 3 kateqoriya üzrə aparılır:
tədqiqat performansı (SCOPUS data bazası), innovasiyaya çıxış və
cəmiyyətə təsir. UNEC tədqiqat performansı indiqatoru üzrə dünyada
399-cu yerdə, innovasiyaya çıxış üzrə 443-cü və cəmiyyətə təsir
indiqatoru üzrə isə 249-cu sırada qərarlaşıb.

UNEC bir sıra sahə reytinqləri (subject ranking) üzrə də yüksək
nəticələr göstərib. Sahə reytinqləri SCOPUS data bazasında elmi
fəaliyyətin nəticələri əsasında hesablanıb. Sahələr üzrə reytinqə
görə də UNEC ölkə universitetləri arasında liderdir. Digər ölkələr
arasında isə “İqtisadiyyat, Ekonometriya və Maliyyə” sahəsi üzrə
Şərqi Avropada 56 və dünyada 468, “Biznes, İdarəetmə və
Mühasibatlıq” Şərqi Avropada 83, dünyada 696, “Ətraf mühitin
elmləri” Şərqi Avropada 39, dünyada 339, “Enerji” Şərqi Avropada
74, dünyada 461, “Riyaziyyat” Şərqi Avropada 71, dünyada 473,
“Sosial elmlər” Şərqi Avropada 140-cı, dünyada 759-cu yerdədir.

Teqlər: