UNEC-də təlimlərə start verilib: “Soft Skills”

UNEC Ömürboyu Təhsil Mərkəzində “Təlimçilərin Təlimi -Soft
Skills” təlimlərinə start verilib.

UNEC müəllimləri üçün təşkil olunan təlimləri “soft skills”
(yumşaq bacarıqlar) sahəsində böyük təcrübəsi olan israilli təlimçi
İlana Vaiman Naftul aparır.

İlk təlimdən sonra UNEC rektoru professor Ədalət Muradov təlim
iştirakçıları ilə görüşüb. Rektor ölkəmizdə yeni olan “soft skills”
anlayışının əhəmiyyətindən, bu bacarıqlara tələbin iş dünyasında
gündən-günə artdığını vurğulayıb və təlim iştirakçılarına uğurlar
arzulayıb.

UNEC tərəfindən beynəlxalq təcrübə əsasında hazırlanan təlim
proqramını uğurla bitirən iştirakçılar UNEC-in sertifikatını əldə
edəcəklər. Onlar Ömürboyu Təhsil Mərkəzində qurumlar və müəssisələr
üçün “Soft Skills” sahəsində təlimlər keçə biləcəklər.

Teqlər: