UNEC-də “Elm günləri” keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 mart – Elm Gününə həsr olunan “Elm günləri” keçiriləcək.

15-30 mart tarixlərində keçiriləcək “Elm günləri”ndə UNEC-in tədqiqat mərkəzləri və fakültələrinin xarici universitetlər, elmi tədqiqat institutları ilə birgə onlayn elmi seminarları, dəyirmi masaları, elmi müzakirələri təşkil olunacaq. Həmçinin UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçiriləcək.

“Elm günləri”ndə iştirak etmək istəyənlər tədbirlər planında qeyd olunan tədbirlərin zoom linkinə daxil olmalıdırlar.

UNEC-də “Elm günləri”nin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı

Teqlər: