Ümummilli lider Heydər Əliyev də tarixə tarixi dəyişən şəxsiyyətlərdən biri kimi düşmüşdür – Şahin İsmayılov

Tarixin müxtəlif dövrlərində yaşadıqları dövrün tarixinə birbaşa
təsir göstərən şəxsiyyətlər olmuşdur. Həmin şəxsiyyətlər
yaşadıqları dövlətlərin, eləcə də böyük bir coğrafiyanın gələciyinə
birbaşa təsir göstərmişlər. Ümummilli lider Heydər Əliyev də tarixə
tarixi dəyişən şəxsiyyətlərdən biri kimi düşmüşdür.

Ulu Öndərin hakimiyyətinin Sovet İttifaqı dövrü Azərbaycanın
dövlət infrastrukturunun yaradılması, gələcək kadr potensialının
formalaşdırılması və gücləndirilməsi, milli kadrların önə
çəkilməsi, dövlətin sənaye və kənd təsərüfatı sahələrinin güclü
inkişafı və.s ilə xarakterizə olunur. Bu dövrdə görülən işlərin
nəticəsində Azərbaycan ittifaq dövlətləri sırasında ən sürətlə
inkişaf edən respublika oldu. Əslində Ulu Öndər Heydər Əliyevin
həmin dövrdə gördüyü işlər məhz gələcəkdə Azərbaycanın müstəqil
dövlət olmasına hesablanmışdı. Müstəqilliyimizi əldə etdikdən sonra
həmin dövrdəki siyasi hakimiyyətin məsuliyyətsizliyi,
səristəşizliyi və şəxsi mənafelərin önə çıxması nəticəsində
müstəqil Azərbaycanın mövcudluğu sual altına düşdü. AXC-Müsavat
hakimiyyəti Azərbaycan dövlətini məhvə aparırdı. Belə çətin dövrdə
müdrik Azərbaycan xalqı öz müdrik liderini hakimiyətə çağırdı və
dövləti ona əmanət etdi. Azərbaycan xalqı yaxşı bilirdi ki,
müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin rəhbərliyi altında
mövcud ola bilər.

Hakimiyyətinin müstəqil Azərbaycan dövründə Ulu Öndər Heydər
Əliyev yeni dövləti inşa etməyə başladı. Qısa vaxtda dövlət
institutları formalaşdırıldı, iqtisadiyyat yenidən quruldu, nəhəng
regional layihələrin icrasına başlanıldı, Azərbaycanda güclü ordu
quruculuğuna start verildi. ideoloji sahədə isə Azərbaycançılıq
ideyaları geniş şəkildə tətbiq olundu. Ulu Öndər idealoji işin
vacibliyini çox yaxşı bilirdi. Azərbaycançılıq ideyaları ilə
yetişən yeni nəsil daha güclü Azərbaycan üçün bütün gücünü səfərbər
etdi.

Düşünürəm ki, İlham Əliyevin hakimiyyət dövrünü biz həm də Ulu
Öndər Heydər Əliyevin hakimiyyətinin üçüncü mərhələsi kimi də
qiymətləndirə bilərik. Prezident İlham Əliyev Ulu Öndər Heydər
Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun Azərbaycan dövləti
ilə bağlı yarım qalan işlərini davam etdirdi. Bu gün Azərbaycan
dövləti ərazi bütövlüyünü bərpa etmiş, regionun ən güclü dövlətinə
çevrilmişdir. Bu regionda Azərbaycanın razılığı və iştirakı olmadan
hər hansı bir layihənin icrası mümkün deyil. Azərbaycan dünyada
tanınan, sayılan və hörmət edilən bir ölkədir. Vaxtilə Ulu Öndər
Heydər Əliyev “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi. Məhz
Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dünyaya
günəş kimi doğdu.

Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini,
YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Teqlər: