Ümidvaram ki, kollecimiz yaxın vaxtlarda beynəlxalq səviyyəli kadrlar yetişdirə biləcək – Gəncə Tibb Kollecinin direktoru (FOTO)

“Gəncə Tibb Kollecində yeni ixtisasların açılması, yaradılan yüksək şərait orta tibb işçilərinə olan ehtiyaca görə qəbul sayının artmasına, tələbələrin beynəlxalq səviyyədə müasir texnologiyalarla tibbi təhsil almağa marağını artırır. Bu il 155 nəfər Tibb baçısı işi (qardaşı), 55 nəfər Mamalıq işi, 25 nəfər stamatologiya, 25 nəfər əczaçılıq, 25 nəfər tibbi proflaktika, 25 nəfər laborator diaqnostoka ixtisasları üzrə kollecimizin tələbə adını qazanmışdır. Mən bütün tələbələri yeni dərs ilinin başlaması və ənənəvi tədrisin bərpa olunması ilə əlaqədar təbrik edirəm. Ümidvaram ki, tələbələrimiz onlar üçün yaradılan bütün imkanlardan maksimum istifadə edərək bilikli, bacarıqlı, savadlı bir tibbi kadr kimi yetişərək gələcəkdə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da vətəndaşla əsl peşəkar kimi xidmət edə biləcəklər”.

Bu açıqlamanı Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev verib. Onun sözlərinə hazırda 7 ixtisas üzrə 901 tələbənin təhsil aldığı müəssisədə korpuslar əsaslı təmir edilib, dam örtüyü yenilənib. Kollecdə mərkəzi istilik sistemi bərpa olunub, idman meydançası yaradılıb. Tədrisin keyfiyyətinin artırılması məqsədilə maddi-texniki bazası da yaxşılaşdırılıb. Yeni smart lövhələr quraşdırılıb, tədris otaqları internetlə təmin olinub ki, bu da dərs prosesində tələbələrin dərsləri daha da yaxşı qavramasına, lazım gələrsə beynəlxq təcrübələrdən də yararlanmalarına şərait yaradır. Tələbələrin praktik məşğələləri keçməsi və əyani şəkildə biliklərə yiyələnməsi üçün də imkanlar xeyli yaxşılaşdırılıb:

“Hazırda çox müasir laboratoriyalarımız var. Ortopedik stomatologiya, laborator diaqnostika, əzcaçılıq ixtisasları üzrə təhsil alan tələbələrimiz bu müasir, yeni avadanlıqlarla təchiz edilən laboratoriyalardan faydalana biləcəklər. Yaxın vaxtlarda bu siyahıya daha bir laboratoriya da əlavə olunacaq ki, burada tibb işçilərinə vacib olan çoxlu sayda tibbi bacarıqları praktik olaraq robot-maniken üzərində həyata keçirə biləcəklər. Yaxın 2-3 ildə kollecimizdə çox yüksək bacarıqlara malik daha da savadlı kadrların yetişəcəyinə ümid edirəm” deyə Mehman Rzayev əlavə edib.

M. Rzayev bu ildən kollecdə yeni təhsil proqramına əsasən bir sıra yeni fənlər tədris ediləcəyini bildirdi:

“Bu ildən yeni fənnlərin tədris olunması nəzərdə tutulur. Daxili xəstəliklərdə tibb bacılığı, Ailə təbabəti, Onkologiyada tibb bacılığı, Reproduktiv sağlamlıq və ailə planlaşdırılması, Tibbi biokimya, Xarici dildə işguzar və akademik kommunikasiya, Əməyin mühafizəsi, Sanitar maarifləndirmə, Epidemiologiya və biostatistika, Tibbi sanitar mikrobiologiya. Bu fənnlərin tədrisi ümidvarıq ki, tələbələrin daha da bilikli və məlumatlı olmasına yardımçı olacaq” deyə M.Rzayev qeyd edib.

Mehman Rzayev Gəncə Tibb Kollecində iki yeni dərsliyin də hazırlandığını əlavə edib. Bunlardan biri yeni tədris olunacaq və eyni adlı “Xarici dildə işguzar və akademik kommunikasiya” dərs vəsaitidir. İkinci dərslik isə “ Təcili təxirə salınmaz tibbi yardım və xəstələrə qulluğun əsasları” adlanır və bu kitabda kollecin yaranma tarixindən bu günə qədər əhatə edən dövr və təcili təxirə salınmaz tibbi yardım, xəstələrə qulluğun qaydaları geniş əhatə olunub.

Kollecin direktoru onu da bildirib ki, tələbələrin asudə vaxtının təşkili, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili üçün fitness zalı yaradılıb. Oğlanlar və qızlar üçün ayrıca soyunub geyinmə otaqları və duş otaqları təşkil olunmuşdur. Yaxın vaxtlarda müasir kafe kitabxananın tikintisinə başlanılması nəzərdə tutulur. Burada tələbələr üçün yüksək sürətli internet və kompyuterlərin quraşdırılması planlaşdırılır.

Teqlər: