Ümid Özdağ Kılıçdaroğlu ilə görüşdü, şərtlərini təqdim etdi

Ümid Özdağ Kılıçdaroğlu ilə görüşdü, şərtlərini təqdim etdi

Türkiyədə prezident seçkilərinin ikinci turunda iştirak edəcək Kamal Kılıçdaroğlu Zəfər Partiyasının başqanı Ümid Özdağla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Özdağ Tvitter hesabında paylaşım edib.

Özdağ Kılıçdaroğluya Türkiyə Cümhuriyyətini daha da irəli aparmaq üçün şərtlərini təqdim etdiklərini, Millət İttifaqından da müsbət cavab alacaqlarına ümid etdiklərini söyləyib.

Qeyd edək ki, bu gün Türkiyə vaxtı ilə saat 11:00-da Ümid Özdağın partiyasının dəstəkləyəcəyi namizədi elan edəcəyi gözlənilir.

Teqlər: