Ümid edirik ki, Azərbaycandan Hindistana gedən turistlərin sayı artacaq – Səfir (FOTO)

Ümid edirik ki, Azərbaycandan Hindistana gedən turistlərin sayı artacaq.

Trend-in məlumatına görə, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvana deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycana 70 min turist səfər edib, Azərbaycandan gedənlərin sayı isə çox az olub.

“Ümid edirik ki, yaxın zamanlarda Azərbaycandan Hindistana gedən turistlərin də sayı artacaq”, – deyə o bildirib.

Teqlər: