Ümid edirəm ki, sülhün dəstəklənməsi Cənubi Qafqaz ölkələrinin gündəliyində bir nömrəli məsələ olacaq – Misirin sabiq XİN rəhbəri

Ümid edirəm ki, sülhün dəstəklənməsi bütün Cənubi Qafqaz ölkələrinin gündəliyində bir nömrəli məsələ olacaq.

Trend-in məlumatına görə, bunu Misirin sabiq xarici işlər naziri Əmr Məhəmməd Musa “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.

O qeyd edib ki, Cənubi Qafqazda və bütün dünyada bütün vacib hadisələri izləyir:

“Ümid edirəm ki, regionda sülh üstün olacaq və onun dəstəklənməsi bütün region ölkələrinin gündəliyində bir nömrəli məsələ olacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Teqlər: