Ukrayna müdafiə naziri Rüstem Umerov NATO-nun baş katibi Yens Stoltenberqə Ukraynanın hücumunun gedişatı barədə danışıb.
AzerTimes xəbər verir ki, bu barədə nazirin özü sosial şəbəkədə məlumat verib.
“NATO-nun baş katibi Yens Stoltenberqlə məhsuldar danışıqlar apardıq. Biz Vilnüs sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsini və NATO ilə qarşılıqlı fəaliyyət üçün yol xəritəsi üzərində birgə işimizi müzakirə etdik”, – deyə nazir bildirib.