Rüstəmova sülhməramlı fəaliyyətinə görə BMT-dən medal aldı

Rüstəmova sülhməramlı fəaliyyətinə görə BMT-dən medal aldı

Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missiyasındakı nümunəvi xidmətinə görə dünya təşkilatı tərəfindən təltif olunub.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi bildirib.

“Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, – daimi nümayəndəlik qeyd edib.

Teqlər: