Umerov Fransaya səfərini təxirə saldı

Umerov Fransaya səfərini təxirə saldı

Ukrayna müdafiə naziri Rüstəm Umerov yanvarın 18-də Fransaya nəzərdə tutulan səfərini təhlükəsizlik səbəbindən təxirə salıb.

Axa.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Fransa Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

“Umerov Fransa müdafiə naziri Sebastyan Lekornu ilə videobağlantı vasitəsilə görüşəcək. Tərəflər birlikdə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu çərçivəsində “Artilleriya Koalisiyası”nın yaradılması ilə bağlı konfransın açılışını edəcəklər”, – məlumatda qeyd olunub.

Teqlər: