Ukraynaya yardım əvvəlkindən daha vacibdir – Yellen

Ukraynaya yardım əvvəlkindən daha vacibdir – Yellen

ABŞ-ın Ukraynaya büdcə dəstəyi indi Kiyev üçün əvvəlkindən daha vacibdir.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

ABŞ Senatının əlavə yardım haqqında qanun layihəsini qəbul etməsi barədə danışan Yellen bunun çox vacib olduğunu vurğulayıb:

“ABŞ-ın büdcə yardımı həmişəkindən daha vacibdir, çünki bu, Ukraynanın döyüş meydanındakı uğurları ilə qırılmaz şəkildə bağlıdır və ABŞ-ın milli təhlükəsizliyini gücləndirməyə kömək edir”.

Yellenin fikrincə, Ukraynaya əlavə vəsaitin ayrılması Kiyevin digər donorlarına ABŞ-ın ölkəyə dəstəyini davam etdirdiyinə təminat olacaq.

“ABŞ-dan başqa beynəlxalq tərəfdaşlar 2023-cü ildə Ukraynanın xarici maliyyə ehtiyaclarının təxminən 3/4-nü ödəyiblər və 2024-cü ildə də bunu davam etdirəcəklər”, – o əlavə edib.

Teqlər: